Bir məşqdən daha artıq: bütün zamanların ən yaxşı məşq hərəkətləri

 

Bəzi məşq hərəkətləri o qədər effektivdir ki, əsrlər keçsə belə onlar öz populyarlıqlarını itirməyəcəklər. Bu səbəbdən də planetin bütün ağır atletləri həmin hərəkətlərə öz məşq proqramlarında yer ayırırlar.

Əsrlərin sınağından keçib bu günə çatmış, ən sısqanı belə bodibildinq ulduzuna çevirə biləcək məşq texnikasını sizinlə paylaşmaq istəyirik.

 

Jim

Jim - bu günə qədər istifadə edilən ən effektiv idman hərəkətlərindən biridir. Çünki bu hərəkət eyni vaxtda 3 əzələni: sinə, çiyin və trisepsləri işlədir. Fərdi məşqçi Erik Ladlou isə iddia edir:

"Tası əyməyib belini düz saxlasan, qarın əzələlərini belə işlədərsən".

 

Oturub-durma

Fizioterapevt Don Çu deyir ki, əgər bu hərəkəti etmədinizsə, məşq məşq deyil. Oturub-durma hərəkəti təkcə ayaq əzələlərini deyil, sağrı əzələlərini də işlədir. Bu hərəkətlə sahib olduğunuz ən dəyərli əzələni asanlıqla işlətmək olar. Hərəkətin düzgün icrası necədir? Don Çu, beli düz saxlayıb pəncəni yerdən ayırmamaq şərti ilə mümkün qədər aşağı oturmağı məsləhət görür. Belə etsəniz, hərəkətin effektivliyini artırmaqla bərabər, dizlərin zədələnməsinin qarşısını almış olacaqsınız.

 

Qantelləri bisepsə qaldırma

Hər bir kişinin arzusu güclü və gözəl görünüşlü bisepslərə sahib olmaqdır. Buna görə hər birimiz axşamlar televizorun qarşısında əyləşib hantellərlə oynayırıq. Bəs hərəkətin effektivliyini necə artırmaq olar? Bodibildinq dünyasının bütün məşqçiləri dönə-dönə vurğulayırlar: qanteli çiyinə yaxınlaşdıranda, ovucu bisepsə doğru bükün. İlkin vəziyyətə qayıdanda isə, əksinə. Belə etdikdə, bisepsə düşən təzyiq bütün əzələ lifləri üzrə bərabər paylanır. Bu sirrə yiyələndikdən qısa müddət sonra qollarınız elə bir ölçüdə və gücdə olacaq ki, siz yeni köynəklər almağa məcbur olacaqsınız.

 

Qalxma və sıçrama

"Qalxma və sıçrama" hərəkəti əsl pəhləvanlar üçündür. Bu hərəkət bədəndəki bütün əzələləri kompleks şəkildə möhkəmləndirib formalaşdırmaqla bərabər, dözümlülüyü də artırır. Əgər bodibildinq ulduzu deyilsinizsə, fizioloq Deyv Pirson ilkin mərhələdə ştanqı yüngül qantellərlə əvəz etməyi tövsiyyə edir. Hərəkəti normal qaydada icra etməyi öyrənənə kimi (əllər əsməməlidir,oturub qalxma sərbəst olmalıdır), hantellərlə məşqi davam etdirin. Artıq sonrakı mərhələlərdə ağırlığı artıra bilərsiniz.

 

 

 

Go to top