Bizim məsləhətlər: İdman qidaları qəbul etmək lazımdır?

 

Gün keçdikcə daha çox insan bu suala cavab axtarır: özünü formada saxlayıb sağlamlığı möhkəmlətmək üçün nə etmək lazımdır? Yeganə doğru cavab və həll – idmandır! 

İnsanlar məşq zalına, üzmə hovuzuna və ya başqa istənilən bir yerə yalnız bir məqsədlə gəlir, özünü inkişaf etdirmək. Lakin nə cür inadla məşq etməsindən, qidalanmasından asılı olmayaraq,  pəncərə adlandırılan mikroelementlərin ciddi çatışmazlığı səbəbindən, nə idman, nə də sağlamlıq göstəricilərində istədikləri nəticəni əldə edə bilmirlər. Belə hallarda, arzuolunan hədəfə çatmaq istəyən şəxsin köməyinə, bədənin istənilən ehtiyacını qarşılaya bilən idman qidaları gəlir. 

İdman qidaları bazarında, istənilən hədəf üzrə qısa zamanda lazımi nəticəni təmin edən böyük assortimentdə məhsullar vardır.

Əzələ kütləsi yığmağa çalışan idmançılar, gündəlik olaraq böyük miqdarda zülal qəbul etməlidirlər. Çox böyük ölçüdə əzələ kütləsi, həcm və relyefə sahib olmaq üçün, gün ərzində idmançı, öz çəkisinin hər kiloqramına görə 2-3 qramdan az olmamaqla zülal qəbul etməlidir. Atlet yalnız qeyd olunan miqdara uyğun qidalandığı halda istədiyi formanı əldə edə bilər. Lakin insan öz orqanizmini adi zülallı qidalardan istifadə etməklə lazımi miqdarda zülal ilə təmin edə bilmir. Çünki bu üsulla lazım olan miqdarı qəbul etmək üçün atlet inanılmaz dərəcədə böyük miqdarda qida qəbul etməlidir, bu isə sağlamlığa xətər yetirə biləcək neqativ hallara yol aça bilər. Məhz buna görə də, idman qidaları, xüsusilə də toz halında olan proteinlər idmançılara sözlə ifadə edilməyəcək dərəcədə faydalıdırlar. Onlar normal qidanı sağlamlığa heç bir zərər verməyəcək şəkildə əvəz edir və orqanizmi bütün həyati əhəmiyyətli mikroelementlərlə təmin edir. Yüzlərlə protein arasında ən yaxşısı Optimum Nutrition – 100% Whey Gold Standart şirkətinin istehsal etdiyi zərdab proteindir:

Bir porsiya: 30 qramdır, tərkibində 24 qr. zülal var, bu ölçünün elmi araşdırmalar nəticəsində birdəfəlik istifadə üçün optimal olduğu müəyyənləşdirilmişdir. 

Əzələ kütləsi yığmaq üçün aşağıdakı idman qidalarından da istifadə olunur:

- qeyner (əzələləri lazımi enerji ehtiyatı və yeni əzələ toxumaları yaratmağa imkan verən tikinti materialları ilə təmin edən aktiv zülal və karbohidratların qarışığıdır);

- amin turşusu kompleksləri (zülalın qəbul edildikdən 20 dəqiqə sonra həzm olunan, emal edilmiş son formasıdır, əzələ toxumalarını əlavə tikinti materialı ilə təmin etmək üçün istifadə olunur);

- kreatin (insanın güc və dözümlülük göstəricilərini artıran və enerjinin təkrar sintezində iştirak edən vasitədir);

- BCAA (şaxələnmiş zəncirli amin turşularıdır, əzələ toxumalarının katabolik proseslərdən müdafiəsi məqsədilə istifadə olunur).

İdman zallarına gələn insanların arasında bir neçə kiloqram çəki itirməklə gözəl və cazibədar forma əldə etmək istəyənlər az olmur. Məqsəd çəki itirməkdirsə, əzələ kütləsi yığma proqramında olduğu kimi, gündəlik qida rasionunu nizamlamaq, karbohidrat və yağ qəbulunu azaltmaq lazımdır. Lakin çəkinin azaldılmasına xidmət edən preparatların qəbulu olmadan təkcə pəhrizlə bunu etmək çətindir. Bu preparatlar yağyandıranlardır. Çoxlu sorğular və şərhlər əsasında məlum oldu ki, ən yaxşı yağyandıran Nutrex firmasının istehsalı olan Lipo 6 preparatıdır:

Bir porsiya bir kapsuldan ibarətdir. Yağyandıran məhsulların əsas inqredientləri aşağıdakılardır: Alfa-lipolik turşu, L-Karnitin, Yohimbin, Kofein, Quarana və s.

İnsanların əksəriyyəti idman qidalarına aidiyyatı olmayan qanunsuz dopinqlər, steroidlərdən istifadə edirlər. İdman qidalarının zərərli ya faydalı olduğunu tam anlamaq üçün hər hansı bir elmi araşdırma aparmağa ehtiyac yoxdur, sadəcə olaraq idmanda heyrətləndirici nəticələrə imza atmış insanlara nəzər yetirmək lazımdır. Sirr deyil ki, bütün məşhur idmançılar, çempionlar öz karyeralarının zirvəsinə doğru irəlilərkən, yeni dərəcəyə qalxmaq və çempion titullarını əldə etməklə bərabər, polad kimi sağlam bədənə malik olmaqda, idman qidalarının köməyindən istifadə etməyə məcbur olublar. İdman qidalarını qəbul edən hər kəs qısa müddətdə nəzərə çarpacaq nəticəyə nail olur. İdman qidalarından qorxmağa ehtiyac yoxdur, onlar öz sağlamlığının qayğısına qalan hər kəs üçün faydalı və vacibdir..

Azərbaycanda 1 N-li idman qidaları mağazası - WWW.ATLET.AZ - orijinal idman qidaları və sərfəli qiymətlər!

 

İdman qidası – arxasında, haqqında çox danışılan gözəllik, sağlamlıq və idman nəticələrinin olduğu qapılarıın açarıdır!

 

 

 

 

Go to top