HomeKişi işiSəmərəliliyin və yüksək məhsuldarlığın 10 sirri

Səmərəliliyin və yüksək məhsuldarlığın 10 sirri

 

Maqnit fırtınaları, günəş tutulmaları, bazar ertələri və digər amillər sizə məhsuldar olmağa mane olur? Öz işinizdə maksimal dərəcədə uğurlara necə nail olmaq olar? Bunun üçün digərlərindən fərqli olaraq daha sürətli və səmərəli işləmək lazımdır. 

Beləliklə, aşağıda sizə daha sürətli və səmərəli şəkildə işləməyə yardım edəcək 10 tövsiyyə verilir: 

1. Çoxtapşırıqlı işlərdən uzaq durun

Müəyyən sayda insanlar eyni vaxtda bir neçə işi görmə qabiliyyətinə malik olsalarda, onların əksəriyyəti üçün  çoxtapşırıqlıq  iş səmərəliliyini yalnız azaldır. Məsələn, ən azından iki tapşırıq üzərində işləyərkən belə, çox gümanki, siz, beyniniz daim bir işdə digərinə keçdiyindən, xırda səhvlərə yol verəcəksiniz. Bir tapşırıq üzərində fikrinizi toplayın, digərinə keçməmişdən öncə onu tam olaraq yekunlaşdırın və bununla da siz eyni və daha qısa müddət ərzində daha da keyfiyyətli iş görmüş olacaqsınız!

2. Lazım olmayan texnologiyaları söndürün 

Hər bir müasir insanın iş günü ərzində ən çox vaxt aparan şeylər onun elektron poçtunun yoxlanılması, məktublara, zənglərə və s. cavab verməsidir. Çalışın bir və ya iki saatlıq bütün  qadcetləri səssiz rejimə qoyasınız, bütün sosial şəbəkələri və poçt proqramını bağlayasınız. Bu müddət ərzində kritik bir şey baş verməyəcəkdir, sizin isə öz işinizə maksimal dərəcədə diqqətlə yanaşmağa və onu daha tez bir müddətdə yekunlaşdırmağa imkan yaranacaqdır. 

3. Qapını örtün

Əgər sizin belə bir imkan varsa, iş otağının qapısını örtün. “Kənar mühit”dən gələn səslər sizin fikrinizi yayındırmasa, işiniz daha sürətlə gedəcəkdir.

4. Öz şəxsi sisteminizi yaradın

Özləri üçün sistem yaradan insanların əksəriyyəti, adətən, daha tez və səmərəli işləyirlər. Özünüzün nə vaxt daha məhsuldar formada olduğunuz haqqda fikirləşin və çalışın maksimal yüklənmələri bu vaxta planlaşdırın.

5. İşin bitmə vaxtını təyin edin 

Əgər siz iş gününüzün dəqiqliklə müəyyən saatda bitəcəyini bilsəniz, bu sizə daha da effektiv şəkildə işləməyə kömək edəcəkdir və tapşırıqlar üçün prioritetləri müəyyənləşdirməyə və gecəyədək işdə qalmamağa imkan verəcəkdir. Unutmayın ki, istirahət və yuxu, həmçinin sizin məhsuldarlığınıza təsir edir.

6. Fasilə vaxtlarını planlaşdırın

İş görərkən arada qısa fasilələr verməyiniz sizə diqqətinizi  cəmləməyə və saxlamağa kömək edəcəkdir, beləliklə də siz daha sürətli və səmərəli şəkildə işləyə biləcəksiniz. Fasilələr etmədiyiniz təqdirdə, beyin daha tez yorulacaq və iş gününün bitməsinə yaxın siz yaxşı heç bir şey edə bilməyəcəksiniz. Çalışın ayırdığınız fasilə müddətini daha səmərəli şəkildə keçirəsiniz – Facebook səhifəsinə girmək əvəzinə ayağınızı rahat uzadın və bir fincan çay hazırlayın.

7. Prioritetləri müəyyənləşdirin 

Bəzi məsələlər çox çətin və çox zəhmət tələb edən ola bilərlər, lakin onları dərhal həll etməyə çalışın, çünki onlar sizin işinizə, hətta karyeranıza təsir göstərə bilərlər. Daha asan və sadə işləri siz sonra da yerinə yetirə bilərsiniz. Bununla belə, sonuncuların çox yığılmasına imkan verməyin.

8.Doyunca yuxu alın

Beyin istirahət etməlidir, bunun üçün isə ona doyunca yuxu almaq lazımdır. Öz gücünüzlə  “kişilənməyə” çalışmayın, əgər bunun üçün heç bir əsaslı səbəb yoxdursa gecələr işləməyin.  Elmi cəhətdən sübut olunmuşdur ki, istirahət etmiş insan, normal yuxu almamış insandan fərqli olaraq, qat-qat daha çox həcmdə məlumat qavramağa və daha məhsuldar şəkildə işləməyə qadirdir.

9. Öz masanızı və kompüterinizi təmiz və səliqəli şəkildə saxlayın

Nə qədər az qarmaqarışıqlıq olsa, o qədər də az stress hissi keçirəcəksiniz. İş masalarında artıq heç bir şey olmamalıdır. 

10. Əmin olunki, sizə lazım olan hər bir şey vardır

İş gününüzü başlamamışdan əvvəl, əmin olun ki, telefon və noutbukunuzun enerji ehtiyatı doludur və sizə lazım olan bütün avadanlıqlar vardır. Qələm, enerji yükləmə adapteri və ya kağız axtarışları sizin işgüzar əhval-ruhiyyəninızı tamamilə poza və məhsuldarlığınızı aşağı sala bilər. 

 

 

 

Go to top