HomeKişi işiUğura doğru aparan 19 usul

Uğura doğru aparan 19 usul

 

 

Adi insanlar necə ağılasığmaz və inanılmaz uğurlara nail olurlar? Ağıllı və başqa ixtisaslaşdırılmış mütəxəsislər sənə hətta rəqibdə deyillər. Öz işlərini necə qaydaya salmağın və həyatı yaxşıya doğru dəyişməyin yolları haqqında provokativ və ayıldıcı ideyalar.

İş adamı, marketoloq və populyar bloqqer - Den Valdşmidt, öz işlərini necə qaydaya salmağın və həyatı yaxşıya doğru dəyişməyin yolları haqqında provokativ və ayıldıcı ideyaları ilə bizlərlə bölüşür. 

1. Siz, etməyə qorxduğunuz zəngi etməlisiniz.

2. İstədiyinizdən daha tez yuxudan qalxmalısınız.

3. Siz aldığınızın əvəzinə daha çox verməlisiniz.

4. Siz başqalarına qarşı daha çox qayğı göstərməlisiniz, nəinki onlar sizə.

5. Siz qan və yaralar içində olsaz belə, mübarizəni davam etməlisiniz.

6. Ehtiyyatlı olub imtina etmək istədiyiniz zaman risk etməyə qərar verməlisiniz.

7. Başçılıq etməyə, arxanızca hələ heç kəsin getmədiyi vaxtdan başlamalısınız.

8. Başqa heç bir kəs bunu etməsə belə, siz özünüz özünüzə sərmayə qoymalısınız. 

9. Öz suallarınıza cavabları axtararkən, siz özünüzü axmaq yerinə qoymamalısınız.

10. Xırdalıqlara fikir verməmək daha asan görünsə də, siz detallar üzərində çalışmalısınız.

11. Bəhanələr tapmağa imkanınız olanda belə, siz nəticəyə nail olmağa çalışmalısınız.

12. Başqalarının arqumentləri ilə razılaşsanız da, siz öz izahatlarınızı tapmağa çalışmalısınız.

13. Siz özünüzə səhvlər buraxmağa və axmaq kimi görünməyə icazə verməlisiniz.

14. Siz cəhd etməli, səhvlər buraxmalı və yenidən cəhdlər etməlisiniz.

15. Nəfəs almaq çətin olduqda belə, siz daha sürətlə qaçmağa çalışmalısınız.

16. Siz hamıya, o cümlədən sizə qarşı qəddar olan şəxslərə qarşı xeyirxah olmalısınız.

17. Ağılasığmaz görünən müddətlər çərçivəsində öz işlərinizi sıxışdırıb çatdırmalısınız, başqalarının indiyədək bacarmadığı nəticələrə nail olmalısınız.

18. İşlərinizin ürək açan olmadığı vaxtlarda belə, siz öz hərəkətlərinizə görə cavabdehlik və məsuliyyət daşımalısınız.

19. Qarşınızda olan maneələri fikir verməyərək, siz dayanmadan seçdiyiniz yola  davam etməlisiniz.

Çətin işlərin öhdəsindən gəlməyi bacarmalısınız. Bu elə işlərdir ki, başqaları onlardan boyun qaçırmağa çalışır. O işlər ki, sizi qorxuya salır. O işlər ki, sizə, istər istəməz onları davam etməyə gücünüzün nə vaxta qədər çatacağı haqqda düşünməyə vadar edir.

Bunlar, sizin kim olduğunuzu müəyyən edən şeylərdir. O şeylər ki, son dərəcədə uğurlu insanın həyatını adi istedadsız adamın həyatından fərqləndirir.

Ən asanı çətin işlərdən boyun qaçırmaqdır. Bunun sizə nəyə görə uyğun gəlmədiyi haqqda bəhanələr öz özünə tapılır.

Adi insanlar necə inanılmaz uğurlara nail olurlar? Bunun sadə izahı odur ki, onlar çətin işlərdən yapışırlar, elə işlərdən ki, daha ağıllı, zəngin və ixtisaslı insanların onlar üçün kişiliyi və dəlisovluğu çatmır.

Çətin addım atmağa can atın. Siz özünüzün necədə gözəl bir insan olduğunuza  təəcüblənəcəksiniz.

Go to top