HomeKişi işiStress ilə mübarizə aparmağın 14 qaydası

Stress ilə mübarizə aparmağın 14 qaydası

 

Həyat boyunca necə təbəssümlə addımlamaq olar? Depressiya halında olmaq, daimi olaraq narahatçılıq keçirmək və dilxor bir vəziyyətdə olmaq- bizim variant deyildir. Həyatda çətinliklərin, stressin və həyəcanın öhdəsindən necə gəlmək olar?

1. Xarici qıcıqlandırıcıya fikir verməyin

Standart cavab reaksiyasından, şərti refleksdən, məsələn, qapı zəngi olduqda, soyuqqanlılıq göstərməklə reaksiya verməməyi özünüzə aşılamaqla canınızı qurtara bilərsiniz. Hər hansı bir mənfi qıcıqlandırıcı ilə rast gəldikdə, biz öz-özümüzdə deməliyik : “Qapının zəngi vurulur, lakin mən onu gedib açmağa borclu deyiləm. Qoy zəng etsinlər”. Və əgər siz bu cümləni deyərkən sakit otura, gərgin olmadan, heç bir addın atmadan və zəngə reaksiya vermədən oturmağa davam edə bilsəniz, bu sizə soyuqqanlılığı qorumağa və  ruhi dinclik tapmağa imkan verəcəkdir.

2. Bu barədə narahat olmağa dəysə belə, qoy bu sabaha qalsın

Kiminsə üzərinə öz hirsinizi hər an tökə biləcəyinizi hiss etdikdə 10-a  qədər saymağı tövsiyyə etmək məsləhəti , həmin prinsipə əsaslanır: reaksiyanın gecikdirilməsi əzələlərin boşalmasına səbəb olur. Əzələlər  rahat olduqda isə, insan qıcıqlanmır, üstəlik problemlərin çoxusu şişirdilmiş olduğu üzə çıxır. Və, hər şeydən əvvəl, baş verən hadisənin nə qədər qorxulu olduğunu araşdırmaq və imkan daxilində bu hadisənin vaciblik dərəcəsini endirmək lazımdır. Vəziyyəti təhlil edin, nəyin real və nəyin yalnız sizin mənfi fantaziyanız olduğunu müəyyən edin. Yaxşı şeylər barədə düşünün.

3. Öz düşüncənizdə özünüzü qorunmuş hiss edəcəyiniz yeri təsəvvür edin
Sizin sinir sisteminizin istirahətə ehtiyacı vardır. Onun,  stresslərdən qorunmaq və güc toplamaq üçün “tənha guşə”yə ehtiyyacı vardır. Özünüzü sakit və rahat hiss edəcəyiniz yerdə təsəvvür edin: çimərlikdə, saunada, doğma evinizdə, meşədə və s. Maksimal dərəcədə reallığa yaxın səslər, qoxular, boyalar və s. - özünüzü orada hiss edin. Rahatlaşın!

4. Narahatçılığı qovun

Stressdən qurtulmaq üçün, beyninizi məşğul edərək iş prosesində və ya digər bir işdə tam olaraq özünüzü unutmalısınız, beləliklə də siz həyəcanlandıran fikirlərdən yan keçəcəksiniz.

5. İmkan verməyin ki, əhəmiyyətsiz şeylər sizi kədərləndirsin

Bizim xoşa gəlməz problemlərimizin əsasını xırda və lazımsız şeylər təşkil edir. Onlara görə qıcıqlanıb əsəbləşməmək üçün, bizə, öz beynimizdə həzz almağa yönəldilmiş fikri hopdurmaq lazımdır, məsələn, qonşu mənzildən gələn su kranından damcılayan və maneəçilik törədən səsi istirahətdə yaz damlasının cəh-cəhi və meşədə səsli küylü çayın şırıltısı və s. kimi təsəvvür etmək olar.

6. Ehtimal nəzəriyyəsi

Sakitləşin, problemin bütün “müsbət” və “mənfi” cəhətləri dəyərləndirin... Sizi həyəcanlandıran hadisənin ehtimalı, çox gümanki, sıfıra yaxındır. O zaman həyəcanlanmağın nə mənası var? 

7. Qaçılmaz şeylərlə hesablaşın

Həyatda biz qarşısını ala və dəyişə bilmədiyimiz xoşagəlməz vəziyyətlərdə tez-tez oluruq. Onlar qaçılmazdır. Biz seçim qarşısındayıq – ya biz onları qəbul edib onlara uyğunlaşmağa çalışırıq və ya öz həyatımıza zəhər qataraq, özümüzü əsəb pozuntusu, depressiya və ya xroniki yorğunluq dərəcəsinə gətirib çıxarırıq.

8. Öz həyəcanınızı məhdudlaşdırın

Məhdudlaşdırıcını biz görüşdə təyin edirik, məsələn 10-15 dəqiqədən artıq gözləmirik. Siz axırı yaxşı görünməyən işdə öz iştirakınızı davam etmək istəyirsiniz? Dayanın, özünüzə bu sualları verin : “Bu mənim üçün nə dərəcədə vacibdir?”, “Bunun barədə mən nə dərəcədə həyəcan keçirməliyəm?”, “Bu qərarın həyata keçirilməsi yolunda mən nələri qurban verməliyəm?”

9. Mənfi keçmişin xatirələri ilə yaşamayın

Keçmişdə etdiyiniz səhvlərin xatirələri ilə özünüzə əzab verməyin. Keçmişdən fayda əldə etməyin yeganə üsulu : yol verdiyiniz səhvləri təhlil etməkdir ki, həmin səhvləri gələcəkdə etməyəsiniz, sonra isə -onları unudasınız.

10. Lazım gəldikdə güzəştə gedin

Öz fikirimizdən bərk bərk yapışarkən biz şıltaq uşaqlara bənzəyirik. Qarşı tərəfin fikrinə qulaq asın, ona hörmət edin və özünüzə qarşı lazımi dərəcədə tənqidlə yanaşın. Ağlabatan güzəştlər iş üçün nəinki faydalıdır, onlar həmçinin ətrafdakıların hörmətini qazanmağa kömək edir, və ən əsası - streslərin qarşısını alırlar.

11. Hər şeydə mükəmməl olmaq mümkün deyil

Hərdən insanlar başqalarından pis olduqlarına dair dəyişilməz qorxu içərisində yaşayırlar. Hər zaman hər bir şeydə yüksək tələblərə cavab vermək kimi cəhdlər isə tez-tez acı məğlubiyyətlərə gətirib çıxarır. Hər bir kəsin bacarıq və imkanlarının məhdud olduğunu yadda saxlamaq vacibdir. Çalışın ki, hər şeydən əvvəl, öz həyati əhəmiyyətli məqsəd və hədəflərinizi  həyata keçirəsiniz və öz əsas işinizi və istedadınızın olduğu məşğuliyyəti əla şəkildə yerinə yetirəsiniz. Məmnuniyyət hissi üçün bir və ya iki sahədə lazımi dərəcədə uğur qazanmağınız yetərlidir, digərlərini isə orta səviyyədən aşağı etməməyiniz kifayətdir. 


12. Həddindən artıq çox şey tələb etməyin!
O kəs, hansı ki, ətrafdakılardan çox şey gözləyir, daimi olaraq məyyusluq hissi keçirir. Bu, o səbəbdən baş verir ki, bu adamın iş yoldaşları, dostları, qohumları və yaxın adamları belə onun  həddsiz tələblərinə uyğun gəlmirlər.Yetkin insanı dəyişmək mümkün deyil, siz isə şüuraltı olaraq başqalarını özünüzə uyğun “uyğunlaşdırmağa” çalışırsınız. İnsanlar olduqları kimi qəbul edin, çünki hər bir insanın fərqli olmağa haqqı vardır. Ətrafdakılarda müsbət cəhətləri axtarın və ünsiyyət apararkən bu keyfiyyətlərə diqqət yetirin.

13. Müsbət tərəfləri axtarın
Sizinlə nəyin baş verməsindən asılı olmayaraq, hər bir şeydə müsbət tərəfi tapmağa çalışın. Söhbət özünüzü aldatmaqdan deyil, sadəcə ilk baxışdan xoşagəlməz görünən bir şeydə müsbət tərəfləri görməkdən gedir. Məsələn, siz işinizi itirdikdə, ən azı ona sevinin ki, şəhərin bir tərəfindən başqa tərəfinə işə getmək daha lazım olmayacaq, sizin boş vaxtınız olacaqdır və siz özünüzə ömür boyu məşğul olmaq istədiyiniz yeni iş tapacaqsınız və s.

 
14. Və, stresslərin qarşısını almaq üçün son tövsiyyə kimi qədim şərq duasından sitat gətirək:

“Allahım, mənə güc ver ki, mən dəyişməyə qadir olmadığım şey ilə barışa bilim, mənə cəsarət ver ki, mən dəyişdirməli olduğum şey ilə mübarizə apara bilim və mənə müdriklik ver ki, mən birini  digərindən ayıra bilim”. 

 

 

 

Go to top