HomeKişi+QadınQıza ad gününə nə hədiyyə etmək olar? – Qız üçün 18 hədiyyə variantı.

Qıza ad gününə nə hədiyyə etmək olar? – Qız üçün 18 hədiyyə variantı.

 

Əvvəlcədən xəbərdarlıq etmək istərdik ki, siz öz qarşınıza çox çətin bir tapşırıq qoymusunuz, çünki, hər şeydən öncə, elə bir hədiyyə seçmək lazımdır ki, sadəcə faydalı və lazımlı deyil, həmçinin orijinal və gözəl olsun. 

Bu gün biz ən maraqlı və orijinal ideyalar siyahısını toplamağa qərar verdik və biz əminik ki, siz onlardan birini və ya bir neçəsini öz sevgiliniz üçün almaq istəyəcəksiniz. Və, baxmayaraq ki, biz artıq ananız və qız dostunuz üçün hədiyyə variantlarını artıq təklif etmişdik (onları da qızın Ad gününə istifadə etmək olar), bu dəfə biz digər məqalələrdə olmayan yeni variantlar seçmişik.

Seçimlə bağlı məsləhət

İlk növbədə qız üçün necə hədiyyə seçmək lazım olduğu barədə bir neçə tövsiyə vermək istərdik:

  • Siz onun istəklərini bilməlisiniz, əks halda, neytral bir hədiyyə almalısınız.
  • Hər hansı bir mal alarkən, onun təzə olmasına (əgər bu güllər vəya konfetlərdirsə) və ya zəmanətinə fikir verin (əgər bu texnikadırsa, pis işlədikdə onu dəyişmək imkanı olacaqdır).
  • Həmişə tərtibata fikir verin, çünki hətta pulu belə qəşəng dəvətnamədə təqdim etmək olar, adi qaydada əlinə pulu soxmaqdansa.
  • Keyfiyyət barədə unutmayın, 5 saatlıq ucuz fotosessiyadansa 1 saatlıq bahalı fotosessiya yaxşıdır.
  • Orijinallıq ilə çox ağ eləməyin, yoxsa əks effekt alına bilər.
  • İdeyalarla bağlı onun qohumları və dostların müraciət edin.
  • Unutmayın ki, satıcı-məsləhətçi hər şeydən əvvəl, sizin pullarınızda maraqlıdır, buna görə də ayıq olun.
  • Bahalı əşyaların qəbzlərini həmişə saxlayın ki, onu hər an dəyişə biləsiniz və bu məsələni - hədiyyənin kimin üçün alındığını başa salaraq - mağazada dəqiqləşdirin.
  • Diqqəti neytral hədiyyələrdən çox qadınlar üçün nəzərdə tutulmuş hədiyyə variantlarına yetirin.

Hədiyyə üçün 18 ideya

1.  Fotosessiya

Bu ideyanı bir çox qızlar bütün mümkün olanlardan ən yaxşısı sayırlar. Fotoqraf ilə işləmək təcrübəsi ona özünü parlaq jurnalların qabığındakı fotomodellər kimi hiss etməyə imkan verəcəkdir, gözəl rakurslarda və işlənmiş variantda alınan fotoşəkillər isə qıza özünə əminlik və öz xarici görünüşünə görə fərəh hiss etdirəcəkdir. Buna görə də, hər şeydən əvvəl, siz yaxşı texnikaya, müvafiq səriştə və təcrübəyə malik olan və əvvəlki işlərinin nümunələri olan peşəkar fotoqraf axtarmalısınız. Ən optimal variant o olar ki, siz fotosessiyanı əvvəlcədən ödəyəsiniz, vaxtını və saatını isə qız özü təyin edə, çünki o hələ çəkilişə hazırlaşmalıdır.

2.      Hava balonunda  uçuş

Belə ideyanı ən romantik ideyalar siyahısına daxil etmək olar. İki yüz il bundan qabaq icad olunmuş qurğu üzərində uçuş uzun  illər boyu yadda qalan olacaqdır, çünki havada siz sözün əsl mənasında təbiətin gücü ilə birlikdə qalacaqsınız və aerostatın (hava balonunun) haraya və hansı sürətlə uçacağı yalnız onlardan asılı olacaqdır. Əlbətdə ki, kiçik şəhərlərdə belə xidməti (hava balonunda uçuş) çox çətin olacaqdır, bu səbəbdən də məsləhət görürük ki, hansı şəhərdə yaşamağınızdan asılı olmayaraq, axtarışınızı birbaşa böyük şəhərlərdən başlayasınız. Uçuşdan əvvəl pilotlardan və təşkilatçılardan onların belə tədbirlərin təşkil olunması üçün lisenziyanın və digər sənədlərin olub olmadığını maraqlanın. Bu cür sayıqlıq  Sizə ən təhlükəsiz və hər baxımdan etibarlı şirkəti seçməyə imkan verəcəkdir. 

3.      Bahalı kosmetika dəsti

Xəbər deyil ki, kosmetikanı hər kəs ala bilər, ancaq tanınmış ticarət nişanından olan bahalı kosmetikanı (Max Factor, Chanel, Lancome və s.) – hər kəs ala bilməz. Bu hədiyyənin bonusu ondan ibarətdir ki, hətta qızın bu kosmetika xoşuna gəlməsə belə, o öz qız dostlarının yanında qürurla bəyan edə biləcək ki, Bəli, mən bu kosmetikadan istifadə etmişəm! Lakin mən onu bəyənmədim! Düzdür, bunu qürur mənbəyi hesab etmək olmasa da, yenə də öyünəsi bir şeydir. Özü özünə isə belə bahalı kosmetikanı -  o çətin ki, yoxlamaq üçün nə vaxtsa almaq istəyər...

4.      Dəniz kənarında dəbdəbəli oteldə bir neçə günlük istirahət

Sizin xanımınız, hər şeydən əvvəl, qəşəng şik sürprizlərə layiqdir (əgər belə ifadə etmək olarsa). Məsələ ondadır ki, praktik əşyaları o qohumlardan da ala bilər, xüsusilə də valideynlərindən, lakin onun Ad gününə parlaqlığı yalnız onun kişisi qata bilər. Belə parlaqlıq və ya qığılcım dəniz kurortuna bir neçə günlük səyahət ola bilər. Özü də belə səyahətin fərqi ondan ibarətdir ki, siz adi mənzildə deyil, ən dəbdəbəli oteldə yaşayacaqsınız, onun pəncərələri isə dəniz sahilinə baxacaqdır. Bu hədiyyəyə işləyən hər bir kişinin imkanı çatar, çünki istər oteldə 2-3 günlük qalmağa, istər yola pul çatdırmaq həmişə olar. Yeməyə pul xərcləmək lazım olmayacaqdır (oteldə qidalanma otağın qiymətinə daxildir), ekskursiya və suvenirlərə həmçinin – çünki bu günlər ərzində yalnız çimərlikdə istirahət etmək mümkün olacaqdır, bundan artıq nə istəmək olar 

5.      Avtomobilist xanım üçün – GPS-naviqator

Əgər sizin xanımınızın avtomobili varsa, ən yaxşı variant məhz GPS-naviqatordur – ona şəhərdə asanlıqla yol tapmağa kömək edəcəkdir (xüsusən də, əgər o meqapolisdə yaşayırsa). Çünki böyük şəhərdə düzgün səmti müəyyən etmək, lazımi küçə vəya evi tapmaq çətindir, bu isə qızların əbəs yerə çoxlu benzin sərf etmələrinə səbəb olur. Əgər qız müxtəlif şəhərlərə getməyi sevirsə, bu halda GPS-naviqator ona hava və su kimi lazımdır, çünki adi yol xəritəsindən istifadə edən hər bir adam, yolunu azmaqdan sığortalanmayıb. Seçim etdikdə naviqatorun xarici görünüşünə diqqət yetirməyi məsləhət görürük. O, avtomobil salonunun dizaynına maksimal dərəcədə  uyğun gəlməlidir, çünki qadınlar buna çox fikir verirlər. 

6.      Paraşüt ilə tullanmaq

Əgər sizin planlarınıza tək sürpriz etmək deyil, həm də şoka salmaq daxildirsə, o zaman siz paraşüt ilə tullanma kimi gözlənilməz sürpriz təklif edə bilərsiniz. Belə hədiyyənin çatışmamazlığı ondan ibarətdir ki, hər qız belə bir jesti qiymətləndirmək bacarığına malik deyil və ümumiyyətlə tullanmağa razı olmur. Əslində isə əgər siz təlimçinin bütün təlimatlarını yadda saxlamısınızsa və tullanışı onunla birlikdə (ona bağlanmış vəziyyətdə) yerinə yetirirsinizsə burada qorxulu heç bir şey yoxdur. Belə ideyanı, riski və aktiv istirahəti sevən qızlara və ya əgər o sizə buna bənzər bir hissi yaşamaq istədiyini əvvəllər demişdirsə təklif etmək lazımdır. 

7.      Hədiyyə sertifikatı

İş adamları arasında  hədiyyə sertifikatı deyilən bir şey geniş populyarlıq qazanmışdır. İdeyanın özü Qərbdən gəlmişdir. Orada məşğul biznesmenlərin öz qadını üçün ideal seçim etmək məqsədilə mağazalara qaçmağa vaxtları və istəkləri olmayıbdır, lakin birbaşa pul hədiyyə etmək də bayağı və ədəbsiz sayılırdı. Bu səbəbdən də onlar belə bir şey fikirləşmişdirlər: elit mağazalarda hesabında pul vəsaiti olan plastik kartlara bənzəyən sertifikatlar alırdırlar. Bu sertifikat bu mağazalar şəbəkəsində müəyyən pul vəsaiti miqdarında alış-veriş etmək imkanını verirdi. Beləliklə də, hər kəs razı qalırdı – həm ad günü keçirilən xanım, həm kişi, elə mağazanın 

8.      Göydəki ulduza onun adını qoymaq

Nüfuzlu astronomlar bizi əmin edirlər ki, göydə ö qədər ulduz var ki, çoxlarının adı belə yoxdur. Təşşəbbüskar adamlar isə bu vəziyyətdən çıxış yolunu tapdılar. Əgər hər bir adama şəxsən ulduza ad qoymaq imkanı vermək olarsa (kiminsə şərəfinə), ulduzları sıra nömrəsi ilə adlandırmaq nəyə lazımdır axı? Belə ki, belə agentliklərdə Siz ulduzun adını sevdiyiniz qızın adını qoyaraq qeydiyyatdan keçirə bilərsiniz. Nəticədə siz ulduzun dəqiq koordinatları olan sertifikat alacaqsınız və onu ad günü olan xanımınıza, göydə onun adına bir ulduzun olmasına dair sübut kimi hədiyyə edə biləcəksiniz. Sadəcə calışın aldanmayın, indi fıraldaqlar çox yayılıb. Agentlərdən fəaliyyət növünə dair lisenziya və ya bu işin qanuniliyi barədə sübüt tələb edin, bundan əlavə internetdə firma ilə bağlı araşdırma aparın.

9.      Atəşfəşanlıq

Maraqlı ideyalardan biri də onun şərəfinə təşkil edəcəyiniz atəşfəşanlıq və ya salyut ola bilər. Əlbətdə ki, bunu tam hədiyyə hesab etmək olmaz, lakin o kafedə və ya ev şəraitində keçirilən təmtəraqlı bir gecənin gözəl yekunu ola bilər. Qeyd etmək istədiyimiz yeganə bir şey salyutun seçimidir. Burada sizin qənaətiniz sizə qarşı işləyə bilər, çünki əgər atəşfəşanlıq təşkil etmək fikrinə düşmüsünüzsə, o zaman onu səs-küylü, gözəl və  uzun müddətli etmək lazımdır, bunun üçün isə çoxlu raket lazım olacaqdır bu isə çoxlu pul deməkdir.

10.      Adgününü limuzində qarşılama

Yenə də bir az əvvəl danışdığımız parıltı və dəbdəbəyə qayıdırıq. Onun Ad gününü bayram tortu, ləzzətli kokteyllər ilə şəhərdə limuzində gəzərək keçirmək. Atəşfəşanlıqla olduğu kimi – limuzində gəzintiyə hədiyyə demək çətindir, bu belə demək olarsa, əlavədir, bahalı olsa da, əlavədir.

Bu gün yığıncaq üçün limuzin tapmaq – o qədər də çətin deyil, çünki bu xidmət hətta kiçik, tapılması inandırıcı görünməyən şəhərlərdə belə populyardır. Meqapolislərdə isə bu xidmətlə bağlı ümumiyyətlə heç bir problem yoxdur, nəzərə almasaq ki, bu xidmətin qiyməti bir neçə dəfə artır.

Öz tərəfimizdən əlavə etmək istərdik ki, sürücü ilə birbaşa sözləşməyə çalışın, o zaman bir saatlıq gəzintinin qiyməti daha ucuz başa gələcəkdir. 

11.      Ev heyvanları

Qıza xüsusi sevinci kiçik ölçülü zərif ev heyvanları gətirir, məsələn, dağsıçanı, şinşillalar, pişik balaları və hətta dovşanlar. Ümumiyyətlə, istənilən heyvan körpəlikdə həmişə kiçik və qəşənq olur, buna görə də siz xanım dostunuza çəkinmədən hətta it balasını da hədiyyə edə bilərsiniz və o gələcəkdə böyüyərək öz sahibəsinin əsl qoruyucusuna çevriləcəkdir.

Ekzotik heyvanları hədiyyə etməyə dəyməz, məsələn ilan, buqələmun və s., birincisi ona görə ki, onlar onun xoşuna gəlməyə bilər, ikincisi isə, belə halda heç bir işarə verə bilməyəcəksiniz. Siz axı cavan oğlansınız və məhəbbətə, romatikaya və ya hisslərə eyham vuran sürprizlər etməlisiniz.

12.      Onun üçün mahnı ifa edin

Baxmayaraq ki, mətnlər, musiqi, şerlər yazmaq sanki daha dəbdə deyil, qızların əksəriyyəti arzu edirlər ki, onların şərəfinə mahnılar, şerlər və musiqilər həsr olunsun. Çətin ki, romantika nə vaxtsa bizim həyatımızı tərk etsin... Bu variant bahalı güllərə, hədiyyələrə, şam işiğında şam yeməyinə pulları olmayan, lakin öz xanımını onun Ad günündə sevindirməyi ürəkdən istəyən oğlanlar üçün daha münasibdir. İdealda, ifa edəcəyiniz musiqini və sözlərini özünüz yazmalısınız, bu xırdalıqlardan əlavə, mahnının ifa ediləcəyi şərait də uyğun olmalıdır. Çalışın ki, şərait intim olsun, yəni sizə heç kəs mane olmasın və ən əsası,  hər ikiniz üçün məna kəsb edən bir yer (ilk görüşünüzün, ilk öpüşünüzün və ya ilk sevgi etirafınızın baş verdiyi yer) seçin.  

13.      Bütün tanışlara zəng edib Ad gününü təbrik etmələrini xahiş et

Xanımınızın Ad gününü onun dostlarının köməyi ilə daha xoş edə bilərsiniz. Beləliklə, bunun üçün sizə nə lazım olacaqdır – qızın dostlarının və yaxın tanışlarının siyahısı + onların telefon nömrələri. Sizin məqsədiniz ondan ibarətdir ki, bütün nömrələrə zəng edib, özünüzü təqdim edərək, xatırladasınız ki, sizin xanımınızın bu gün Ad günüdür və ona əziz olan insanların onu təbrik etmələri onun üçün çox xoş olardı. Sonra isə əlavə edirsiniz ki, sizin məqsədiniz odur ki, xanımınızın telefonu həmin gün təbrik zənglərindən susmasın.

Biz bunu nə üçün edirik – təqvimin növbəti gününü əsl bayrama çeviririk, bir təsəvvür edin, heç kimin onu unutmadığını və hətta gözləmədiyi adamların belə onu təbrik etdiyini bilmək onun üçün necə də xoş olacaqdır. Təbii ki, siyahı 5-10 nəfərdən ibarət olmamalıdır, əks təqdirdə əvvəlcədən düşünülmüş təmtəraq alınmayacaqdır.

14.      Nəhəng bir gül dəstəsi

Aydın məsələdir ki, Ad gününə gül hədiyyə etmək kişinin borcudur, lakin bunu bayağı şəkildə etmək lazım deyil. Məsələn, biraz təxəyyülü işə salıb, adi gül dəsti deyil, həqiqətən də NƏHƏNG bir gül bağlaması hədiyyə etmək olar. Hansı gül növünü seçmək lazım olduğuna (qızılgül, çobanyastığı, georgin və s.) şəxsən siz qərar verməlisiniz, çünki hər bir qız müəyyən gülləri sevir. Düzgün seçim etməməkdən qorxursunuz?! Qızılgül hədiyyə edin, belə səhv etməzsiniz.

Bağlamanı güllərdən deyil, konfet və ya meyvələrdən sifariş etsəniz çox orijinal olar və bu sürprizə unikallıq əlavə edər. 

15.      Üzük

Qıza bijuteriya hədiyyə etmək - bayağıdır, amma oğlan böyük ehtimal ilə hədəfə düşəcəkdir, yəni qız bundan tam razı qalacaqdır. Bütün bijuteriyalardan biz üzüyü seçərdik, o sizin sevginizin və ciddi niyyətlərinizin bir simvolu və ya növbəti üzüyün nişan üzüyü olacağına bir işarə ola bilər.

16.      Nəhəng bir ayı

Yumşaq oyuncaq – növbəti bayağılıqdır,  amma bu bayağılığı dünyanın bütün qızları sevir. Yumşaq oyuncaq hədiyyə etmək xüsusilə əlaqələrin başlanğıc mərhələlərində aktualdır. Tövsiyə edirik ki, heç olmasa rənginə görə əsl ayılara bənzəyən ayılar seçəsiniz. Keyfiyyətinə görə ayı yumşaq olmalıdır, bunun üçün onu əl ilə yoxlamaq kifayətdir. Məşhur oyuncaq - Teddi ayısı, həmçinin yerinə düşər.

17.      Kinoya /konsertə/ teatra  biletlər

Əgər qız sevdiyi musiqi qrupunun konsertinə və ya populyar kino seansına və yaxud da ki, səs-küy salmış teatr tamaşasına düşmək istəyirsə, bu halda biz tövsiyə edirik ki, onun arzusunu həyata keçirəsiniz və ən yaxşı sıraya biletlər alasınız, və həmin biletləri təntənəli şəkildə onun Ad gününə  hədiyyə edəsiniz.

18.      Solyariuma abunəçilik

Məlum olduğu kimi, hər bir qız öz makiyajına, saç düzümünə, geyiminə və bədəninə diqqətlə yanaşır. O, solyariuma gedib öz dəri rəngini daha da cəlb edici etməkdən heç vaxt imtina etməz, xüsusilə də çimərlikdə normal şəkildə qaralmaq imkanı olmayan payız, qış və ya yaz vaxtlarında. Abunəçiliyi alarkən nəzərə alın ki, ziyarət sayı beş gedişdən az olmamalıdır, əks təqdirdə bu qədər seans sayından lazımi effekt olmayacaqdır!

Ümid edirik ki, bizim ideyalarımızı bəyəndiniz. Və bilmək istərdik ki, siz bu siyahıdan xanımınıza nəyi hədiyyə edərdiniz.

 

Go to top