Avtomobil aynalarının tərləməsi ilə mübarizə üçün 7 məsləhət

 

Temperaturun düşməsi, yağışlı və qarlı hava şəraiti, maşının şüşələrinin tərləməsinə səbəb olur.Təhlükəsiz idarəetmənin postulatlarından biri — yolda aydın seçilə bilməkdir.

Bu məsələ xüsusən yağıntı və qaranlıqla əlaqədar, yoldakı vəziyyəti anlamaqda çətinlik yarandığı fəsil aralıqlarında və qışda aktualdır. Sürücülər də əsasən ilin bu vaxtlarında aynaların tərləməsi problemi ilə üzləşirlər.

Aynaların tərləməsinin əsas səbəbi — temperatur fərqidir. Salonda temperatur yüksək olduqda, havadakı su damcıları kondensləşərək soyuq aynalara yığılır. Bu zaman aynaları isitmək və salondakı havanı qurutmaqla bu problemi aradan qaldırmaq olar— adətən bu ikisi eyni vaxtda icra olunur.

Bu da sizə aynaları şəffaf saxlamaq üçün bir neçə məsləhət.

Havalandırma sistemini düzgün tənzimləmək

Tərləmənin ilk izlərini görəndə havalandırma sistemini aynalara üfürmə rejiminə tənzimləməklə deflektorlardan çıxan havanı aynalara yönəldib temperaturunu artırmaq lazımdır. Əgər avtomobildə kondisioner varsa, havanı bir neçə dəqiqəyə qurutmalıdır. Sadəcə daxili sirkulyasiya rejiminin söndürüldüyündən əmin olmaq lazımdır. Əgər havalandırma sistemi havanın isidilməsi və qurudulmasında çətinlik çəkirsə, salon filtrini yoxlamaq lazımdır — ola bilsin ki, özünə nəmi həddindən artıq həbs etdiyindən yaş havada tez quruya bilmir, və ya artıq dəyişilmək vaxtı çatıb.

Aynalarda xüsusi vasitələrdən istifadə etmək

Bazarda tərləməyə qarşı müxtəlif vasitələr satılır — mayelər, aerozollar, salfetkalar. Avtokosmetikanın prinsipi yeganədir — tətbiq olunduğu səthin xüsusiyyətlərini dəyişmək. Məhlullar xırda maye damcılarının sürüşərək, görməyə mane olmayan iri damcılar yaratdığı olduqca nazik pərdə yaradırlar və ya əksinə, su görünməz təbəqə halında aynada qalır. Vasitəni yalnız təmiz səthə tətbiq etmək və lazım gəldikdə proseduru təkrarlamaq lazımdır. Sadəcə olaraq, istifadə üsulu, qoxusu və verdiyi nəticə ilə sizi qane edə biləcək preparatı tapmaq lazımdır.

«Ənənəvi üsullar»dan istifadə etmək

Aynalarım tərləmə problemi uzun müddət əvvəl yarandığından, sürücülərin bu problemi aradan qaldırmaq üçün bir neçə ənənəvi üsul tapmağa kifayət qədər vaxtı olub. Ən çox yayılmış üsullardan biri — 1 ölçü qliserin və 10 ölçü spirt qarışığından ibarət məhlulun istifadəsidir. Məhlulda yalnız qliserin istifadə edilərsə, aynalar yağlanır və gecə vaxtı görünməni azaldan güclü parıltılara səbəb olur. Bəzi sürücülər aynaları qəzetlə silməyi tövsiyə edir — tipokqrafik boyanın tərkibindəki maddələr eynilə avtokimyəvi maddələrin aynalarda yaratdığına bənzər pərdə yaradırlar. Daha bir üsul — aynaları adi siqaret tütünü ilə silməkdir.

Tərləməyə qarşı pərdələr

Ən əsas və uzunömürlü üsul — motosikl dəbilqəsi, optika və ticari avadanlıqlarda istifadə olunan xüsusi pərdə materialı ilə avtomobilin aynalarını örtməkdir. Onlar ton verici pərdələr kimi də istifadə olunur və ən yaxşısı bu işi profesionallara etibar etməkdir.

Salonun havasını qurutmaq

Məsləhət:
Ekstremal hallarda aynaların tərləməsinin qarşısını onları açmaqla almaq olar. Lakin küləklədikdən sonra klimatik balansı qaytarmaq daha çətin olacaq.
Qış vaxtı yaş havalarda hərdən avtomobilin salonuna qar dənəciyi və ya su damcısı düşür . Salon isinməyə başladıqda isə maye buxarlanır və soyuq aynalarda kondensləşir. Bu halın baş verməməsi üçün salonun havasındakı artıq rütubətdən azad olmaq məqsədəuyğundur. Vaxtaşırı ayaq altlıqlarında yaranmış gölməçələri və ya buzu təmizləmək, su həddindən artıq çoxdursa üzərinə qəzet qoyub, mayeni canına çəkdikdən sonra atmaq lazımdır. Əgər zəif yağıntıda belə salon yaş olursa, onun qermetikliyini yoxlamağa ehtiyac var — sıradan çıxmış sıxlaşdırıcı nəinki rütubətin artmasına, eyni zamanda vaxtından tez korroziyaya da səbəb ola bilər. Yaş səthlərin silinməsində istifadə olunmuş parçaları maşının salonunda saxlamaq düzgün deyil — onları baqaja və ya kapotun altına qoymağınız məsləhətdir. Kağız qablaşdırmada arxa oturacağa qoyulmuş duz kristalları salonun havasındakı rütubəti azaldır. Qablaşdırma öncədən isti havada qurudulubsa, effekt daha yaxşı olur.

Danışmaq olmaz

Havanın nəmişliyinə səbəb çox vaxt salonda əyləşən insanlar olur. Onların verdiyi nəfəs salondakı havaya nisbətən daha isti və nəmli olduğundan, çoxsaylı və səsküylü komanda ilə yola çıxan sürücü, tez-tez salonun havasını tənzimləməli olur. Əgər texnika bacara bilmirsə, bu zaman sərnişinlərdən bir müddət öz təhlükəsizlikləri naminə sakitliyə riayət etmələrini xahiş etmək olar.

Salonun ventilyasiyasını yoxlamaq

Nadir olsa da, belə hallarla da rastlaşmaq olur. Arxadan vurulmuş avtomobilin kuzovu təmir edildikdən sonra, bəzi xüsusi ventilyasiya klapanları tutulmuş ola bilər. Bu zaman havanın sirkulyasiyası baş vermir. Eyni problemin başqa bir səbəbkarı — salonda və yük yerində həddindən artıq əşyanın olmasıdır. Problemin həlli — təlimata əsasən hava kanallarının yerləşməsini əvvəlcədən müəyyənləşdirməklə, onların hava keçiriciliyini yoxlamaqdır. Kondisioner sistemindəki dəliklərin tıxanmasını da bu problemə aid etmək olar. Bu zaman salona hava yerinə adi su üfürülür, problemi isə sadə təmizliklə aradan qaldırmaq olar. Avtomobilin aynaları heç bir səbəb olmadan tərləyirsə, bu, mühərrikin soyutma sistemindəki nasazlıqdan xəbər verə bilər. Bu zaman qızma nəticəsində yaranan hava buxarı ventilyasiya sistemi ilə salona daxil olur. Belə bir hal yaranarsa, işi professionallara etibar etmək məsləhətdir.

Aynaların tərləmə səbəbləri arasında ən məşhurlarından biri, səyahət əsnasında sərnişinlərin spirtli içki qəbul etməsidir. Nəfəslə bərabər salona daxil olan spirt buxarı, hiqroskopikliyi ilə əlaqədar, orqanizmi tərk edərkən özünə əlavə rütubət çəkir və su buxarı aynalarda kondensləşir. Dövlət yol polisi əməkdaşlarının avtomobillərə bu baxımdan xüsusi maraq göstərməsi məhz bununla izah olunur. Bu cür tərləmə ilə müxtəlif üsullarla mübarizə aparmaq olar, lakin ən yaxşısı səyahətdən öncə sərnişinlərə vəziyyətdən sui-istifadə etməməyi məsləhət görməkdir.

 

 

 

 

Go to top