HomeKişi stiliKişilərin geyimində 20 səhv!

Kişilərin geyimində 20 səhv!

 

Bu 20 səhvə görə siz gülməli vəziyyətə düşə bilərsiniz.
Burada geyimdə yayılmış səhvlərdən sığortalanmaq istəyən,  yaşı 14-dən yuxarı olan hər bir kişi üçün 20 ədəd vacib prinsip qeyd olunub. İstisna olmadan hər bir kişi üçün. Ciddi deyirik.

1. Pencəyin sonuncu düyməsini bağlamayın. O düymə onun üçün nəzərdə tutulmayıb. Bu qayda həmçinin jiletə də şamil olunur.

2. Kostyumu geyinməmişdən öncə qolunda olan etiketi qoparın.

3. Adətən yeni pencəyin çiyin hissəsində ağ sap olur. Pencəyi geyinməmişdən öncə o sapı ordan götürün.

4.Pencəyin cibləri açıq olmalıdırlar. Cibləri bağlayan sapları kəsin qoparın.

5. Pencəkdə üçdən artıq düymə qəbuledilməzdir.

6. Üç düyməli pencəkdə yuxarıda yerləşən düyməni bağlamaq mütləq deyil. Bəzi pencəklərdə olan yaxalar(laskanlar) elə bir tərzdə hazırlanıb ki,  sirf dekor məqsədini daşıyır.

7. Uzun qalstuq ilə smokinq bir araya sığmır.

8. Qəhvəyi ayaqqabi – qəhvəyi kəmər. Qara ayaqqabı  -  qara kəmər.  Burada onu da  qeyd etmək lazımdır ki, bu daha çox iş geyiminə aiddir, nəinki daha rahat kejual tərzinə.

9. Ya kəmər ya da aşırmalar seçin. İkisini birlikdə istifadə etmək qətiyyən olmaz.

10. Köynəyin manjetləri 1-2 sm pencəyin qolunun altından görünməlidir.

11. Şalvarın ön tərəfində yungül qat olmalıdır. Əgər şalvarınızın həm arxa, həm də ön tərəfində  qat  varsa və əgər bu qatlar böyürdən qatlanırlarsa, demək şalvar sizə çox  uzundur.

12. Palto tam olaraq vücudunuza kip oturmalıdır, üzərinizdə asılmamalıdır. Siz asanlıqla daxili cibə əlinizi qoya bilirsinizsə demək palto sizin ölçünüzə uyğundur,  lakın əgər ora yumruğunuz sığırsa, demək palto sizə böyükdür.

13. Qalstuk kəmərinizin toqqasna çatmalıdır. O toqqadan nə yuxari, nə də aşağı olmamalıdır.

14. Qalstukun üzərində dərinlik olmalıdır.

15. Kişi pencəyi paltodan və ya kurtkadan uzun olmamalıdır.

16.Gündəlik olaraq qara kostyumu yalnız rahiblər, qəbirqazanlar və yas mərasiminə getməyə hazırlaşanlar geyinməlidirlər.

17.Bel telefon qabı çox dəhşətli görsənir.

18.Bu eyni zamanda  dördkünc  burunlu ayaqabılara da şamil olunur.  

19. Heç vaxt  şort ilə corab  və ya sandal ilə corab geyinməyin.

20. Əgər siz köynəyi cins şalvarın  içinə  qoyursunuzsa, mütləq kəmər taxın( pencək geyinirsinizsə aşırmalardan da istifadə edə bilərsiniz).

 

 

 

 

Go to top